RƏQƏMSAL İNVESTİSİYA SATIŞA DÖNƏR?

"Dəyişməyən tək şey dəyişiklikdir." Bu cümləni çox oxumusunuz.Buna əsaslanaraq söyləyəcəyimiz budur ki; artıq rəqəmsal marketinq bir çox


RƏQƏMSAL İNVESTİSİYA SATIŞA DÖNƏR?

RƏQƏMSAL İNVESTİSİYA SATIŞA DÖNƏR?

"Dəyişməyən tək şey dəyişiklikdir." Bu cümləni çox oxumusunuz.

Buna əsaslanaraq söyləyəcəyimiz budur ki; artıq rəqəmsal marketinq bir çox markanın diqqətini çəkdi və reklam sərmayələri bu istiqamətdə hərəkət etməyə başladı.

Rəqəmsal investisiya nə vaxt satışa dönər? Ya da rəqəmsalda olmaq satışı artırar? Sosial şəbəkələrdə bir markanın olması satışa necə təsir edər? Ya da ki təsir edəcək?

Bu suallara cavabımız, həyatda da olduğu kimi qısa müddətdə xeyr, uzun vaxta bəli. Yəni açıqcası rəqəmsal investisiya etsəniz qazanarsınız, ancaq səbirli olmaq gərəkə bilər. Azərbaycanda bir çox marka qısa müdətdə nəticə gözlədiklərindən rəqəmsaldan xeyir tapa bilmir. Ya da uzun müddətdə şüurlu investisiya qoymadıklarından yenə istədikləri təsiri ala bilmir.

DOĞRU RƏQƏMSAL İNVESTİSİYA NECƏ EDİLİR?

Əvvəlcə, doğru bir domain və veb səhifəsi hər zaman yaxşı bir silahdır və rəqəmsal marketinqin qalasıdır. Elə veb səhifələri görürük ki reytinqi çox olsada satışı yoxdur, elə veb səhifələri də var ki reytinqi normal, satışı da var. Bu da demək olur ki reytinq əslində satış etmir. Əhəmiyyətli olan istehlakçının ehtiyaclarını qarşılamaqdır. Biz niyə satış edə bilmirik? Rəqəmsal istifadəçilərimiz çoxdur bəs niyə satışa dönmür? Əslində cavab çox sadə. Müştərinin işinə yarayan bir məhsul təqdim edilməyib.Tək başına reytinq işimizə yaramır

Bir çox dəfə bunu müşahidə etdik ki, sosial şəbəkələrdə və keyfiyyətli bir veb səhifəsi olan bir çox rəqəmsal məcrada investisiya qoyanreklamverənlər ortalama 12 ay kimi bir müddətdə satışlarına əlavə faydatəmin edəbilirlər.

Rəqəmsal mühitdə 12 ay investisiya qoyan bir marka sonradan kampaniya və ya satışa istiqamətli hərəkətlərini eşitdirməyə başladığında bunun satışa təsiri mütləq olur. Bunu bir nümunə ilə açıqlayaq. Təxminən 18 ay ərzində rəqəmsal reklam, sosial şəbəkə dəstəkli satış edən bir veb səhifəsində satılan bir məhsulun facebookda reklam etdiyimizdə, o həftə o məhsul sifariş olunur.

Satışı edənə bu həftə ən çox nəyi satdın dediyimizdə bu həftə hansı məhsulu çox önə çıxardıysaq o məhsulu satdığımızı müşahidə edərik.

REKLAM RƏQƏMSALDA YAŞAYIR?

Bəli. Klassik reklamda sözünüzü deyib çəkilirsiniz, rəqəmsal reklamda isə sözünüzü deyib və bunu izləyərək nəticəyə getməyə çalışırsınız. Reklam rəqəmsalda ölmədi. Ancaq yeni strategiyalar inkişaf etdirməyimiz gərəkdiyini də bizə öyrətdi. Yazının ən başına getsək, dəyişikliyi yaşadıq.

SOSİAL ŞƏBƏKƏLƏR SATIŞA TƏSİR EDİR?

Markalar soruşur, yaxşı bu qədər sosial şəbəkələrə investisiya edirik, bu niyə satışa dönmür? Ya da dönəcək? Bir çox dəfə söylədik, buradan da yazaq. Sosial şəbəkə satış qapısı olmamaqla birlikdə, satışı istiqamətləndirmədə ən təsirli üsuldur. Ancaq birbaşa satışın başlandığı da olub. Yəni sosial ticarət bu aralar inkişaf edir. Sosial şəbəkəni bazar yeri kimi düşünün, burada siz qışqırmadan diqqət çəkə bilməzsiniz. Diqqət çəkmək üçün dəzgahın üstünə çıxıb qışqırmazsanız yalnız dəzgahın üzərində məhsullarınızı açıb gözləmiş olarsınız. Yəni demək ki müəyyən bir səviyyəyə gəldikdən sonra satış üçün bir az boğazınızı işə salmağınız lazımdır. Müştərilərinizə istiqamətli kampaniya və ya onları çəkəcək həyəcanlandıracaq bəzi yarışma və ya tədbirlər təşkil etməlisiniz. Sosial şəbəkədə satış edərsiniz ancaq üsul və qaydalarına uyğun şəkildə insanların diqqətini çəkmək lazımdır. Əgər qulağının dibinə gedib məhsulunuzu satmaq üçün qışqırsanız sizdən bir o qədər uzaqlaşacaqları da aşkardır.

REKLAM VERƏNLƏRƏ MƏSLƏHƏTLƏR

• Səbirli olmaq lazımdır,

• Rəqəmsal marketinqi bilən şüurlu agentliklərlə və məsləhətçilər ilə işləyin,

• Rəqəmsal marketinqə əhəmiyyət verin və yeniliklərə açıq olun,

• Rəqəmsal sektoru yaxından izləyin